Taylandın şimal-şərqində tikinti kranı sərnişin qatarının üzərinə düşüb.
Medialive xəbər verir ki, hadisə nəticəsində 22 nəfər ölüb, 80 nəfər yaralanıb.
Qəza dünən Banqkokdan 230 km şimal-şərqdə, Nakhon Ratçasima əyalətinin Sikhio rayonunda baş verib.
Qatar Tayland paytaxtından Ubon Ratçatani əyalətinə gedirmiş.




















