CANLI
Dünya

Taylandda kran qatarın üzərinə düşdü – 22 ölü, 80 yaralı

Taylandın şimal-şərqində tikinti kranı sərnişin qatarının üzərinə düşüb.

Medialive xəbər verir ki, hadisə nəticəsində 22 nəfər ölüb, 80 nəfər yaralanıb.

Qəza dünən Banqkokdan 230 km şimal-şərqdə, Nakhon Ratçasima əyalətinin Sikhio rayonunda baş verib.

Qatar Tayland paytaxtından Ubon Ratçatani əyalətinə gedirmiş.