Məhkəmə rüşvətxorluqda və silah saxlamaqda ittiham olunan Rostov vilayətinin qubernatorunun sabiq müavini Vitali Kuşnarevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Medialive xəbər verir ki, bu barədə TASS-ın müxbiri işə baxılan Rostov-na-Donu şəhərinin Jeleznodorojni rayon məhkəməsinin məhkəmə zalından məlumat verib.
“Xahiş edirəm ki, Kuşnarev təqsirli bilinərək 14 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində və 475 milyon rubl cərimə edilsin”, – prokuror bildirib.
Kuşnarevin işi üzrə növbəti məhkəmə iclası noyabrın 12-də keçiriləcək. Yekun nitqdə müdafiə tərəfi, rüşvətxorluq ittihamı ilə bağlı mövqeyini bildirmək niyyətində olan müttəhim də çıxış edəcək.
Qeyd edək ki, 2024-cü ilin noyabrında müstəntiqlər Kuşnarevə qarşı rüşvətxorluq maddəsi ilə cinayət işi açıb. O, 27 milyon rubl alarkən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi (qanunsuz silah alveri) ilə də istintaq aparılır və o, Rostov-na-Donu şəhərinin Kirovski rayon məhkəməsi tərəfindən həbs edilib.




















