ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkədəki əsas şəxslərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Medialive xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Belə ki, ABŞ administrasiyasının bir sıra keçmiş rəsmiləri bildiriblər ki, İrana genişmiqyaslı hərbi hücumlar üçün verilən təkliflər Trampın masasında olacaq.
Qeyd edək ki, bir müddət öncə Tramp İranla iş birliyi edən bütün ölkələrə sanksiya tətbiq etmişdi.




















