CANLI
Dünya

Moldova prezidenti dövlətə xəyanətdə günahlandırılır

Moldova's President Maia Sandu poses prior to a bilateral meeting with European Council President Charles Michel on the sidelines of an Eastern Partnership Summit in Brussels, Wednesday, Dec. 15, 2021. European Union leaders meet Wednesday with partner nations on its eastern borders, with the Russian military buildup on Ukraine's border as the main point of focus. (Kenzo Tribouillard, Pool Photo via AP)

Moldovanın müxalif Kommunist Partiyası və Sosialist Partiyası Prezident Maya Sandunu ölkəni Rumıniyaya birləşdirilməsinə görə xəyanətkar adlandırıb.

Medialive xəbər verir ki, bu barədə Sosialist Partiyasının veb saytında bəyanat dərc edilib.

“Biz Baş Prokurorluqdan, İnformasiya və Təhlükəsizlik Xidmətindən və bütün səlahiyyətli orqanlardan mümkün xəyanətlə bağlı dərhal araşdırma başlatmağı tələb edirik, çünki dövlət başçısının ölkənin dağılması ilə bağlı ictimai çağırışları ən sərt hüquqi və siyasi yoxlamaya məruz qalır”, – deyə bəyanatda qeyd olunub.

Kommunist Partiyası qeyd edib ki, Maya Sandunun açıqlamaları konstitusiyada təsbit olunmuş səlahiyyətlərdən çox kənara çıxıb.

“Əsas Qanunda açıq şəkildə bildirilir ki, prezident Moldova Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır. Bu baxımdan, yeganə ədalətli və düzgün həll yolu Maya Sandunun Moldova xalqının iradəsi ilə prezidentlik səlahiyyətlərindən məhrum edilməsi və ardınca konstitusiyanı pozduğuna görə cinayət məsuliyyətinə cəlb edilməsi olardı”, – kommunistlərin bəyanatında deyilir.

Qeyd edək ki, Kommunist Partiyası və Sosialist Partiyası fraksiyaları parlamentin 101 üzvündən 25 faizini təşkil edir. Konstitusiyaya görə, Moldova Prezidenti üçdə iki səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırıla bilər. İmpiçment proseduruna başlamaq üçün parlament üzvlərinin ən azı üçdə biri səs verməlidir.

Xatırladaq ki, Sandu öncədən referendumda Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bildirmişdi.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izletaraftarium24canlı maç izle