Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.
Medialive.az xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:
“Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şey qaydasındadır. Ayaqlarını normal hərəkət etdirə bilir. Afaq xanımın onurğa beynində sıxılma var idi. Əvvəl də əməliyyat olunmuşdu. Ona bir müddət reabilitasiya lazım olacaq. Qısa müddətdə xeyrini görəcək.
Xalq artisti də əməliyyatdan sonra səhhəti haqqında danışıb:
“Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm, amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm”.
