Braziliya hökuməti Almaniya kansleri Fridrix Merzin nümayəndə heyətinin iqlim sammitini tərk etməsi ilə bağlı dediklərini kobudluq və təkəbbürlük adlandırıb.
Medialive xəbər verir ki, Merzin sözləri Braziliyada inanılmaz dərəcədə kobud qarşılanıb, lakin hökumət hələlik onu açıq şəkildə tənqid etməkdən çəkinir.
Əvəzində hökumət Almaniya hakimiyyətinin açıqlama verməsini gözləyir.
Almaniya kansleri daha əvvəl noyabrın 13-də Berlində ictimai çıxışında qeyd edib ki, Almaniya nümayəndə heyəti xüsusən də cümə günü axşam olduqları yerdən Almaniyaya qayıtmağa şaddırlar.
Qeyd edək ki, noyabrın 10-dan 21-dək Belemdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı keçirilir.




















