CANLI
Dünya

İsrail BCM-dən Netanyahunun həbsinə verilən orderi ləğv etməyi xahiş edib

İsrail Beynəlxalq Cinayət Məhkəməsindən baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderləri ləğv etməyi xahiş edib.

Medialive xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Beynəlxalq Cinayət Məhkəməsinin Apellyasiya Palatasına prokuror Kərim Xanın İsraillə bağlı proseslərdə iştirak etmək hüququndan məhrum edilməsi üçün vəsatət qaldırıb. Bundan başqa, İsrail məhkəmədən prokurorun Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə nazirinə qarşı əsassız həbs qərarlarını ləğv etməyi xahiş edir”, – deyə nazirliyin məlumatında deyilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, vəsatət heç bir halda İsrailin həbs orderlərinin Netanyahu və Qalant üçün etibarsızlığı ilə bağlı digər iddialarına, o cümlədən BCM-nin yurisdiksiyasının olmamasına görə nəzərdə tutulmur.

Nazirlik qeyd edib ki, sorğu prokurorun İsrailə qarşı saxta və əsassız ittihamlar irəli sürməklə qeyri-münasib şəxsi motivlərdən çıxış etməsi ilə bağlı məlumatlara cavab olaraq verilib.

“Bu hərəkətlər ictimaiyyətin diqqətini tabeliyində olan işçiyə qarşı ciddi cinsi qısnama iddialarından yayındırmaq məqsədi daşıyırdı. Bu kontekstdə prokuror baş nazir və keçmiş müdafiə naziri üçün əsassız və hədsiz həbs orderləri verib”, – İsrail Xarici İşlər Nazirliyi izah edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verib.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maç