CANLI
Sosial

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib - FOTO

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Xocavənd, Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.

Medialive.az xəbər verir ki, vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.