CANLI
Dünya

Avropa İttifaqının yeddi ölkəsi Rusiya mallarına rüsum tətbiq etmək istəyir

Avropa İttifaqının 7 ölkəsi Avropa Komissiyasından 2024-cü ildə ixracdan əldə olunan 5,4 milyard avro dəyərində Rusiya mallarına tariflər təklif etməsini istəyir.

Medialive xəbər verir ki, bu barədə “Politico” yazıb.

“Aİ-nin 7 ölkəsi… 2024-cü ildə ixrac gəliri 5,4 milyard avro təşkil edən Rusiya mallarına gömrük rüsumlarının tətbiqi ilə bağlı Avropa Komissiyasına müraciət edilməli olduğunu bildirdi”, – nəşr qeyd edib.

Məqalədə göstərildiyi kimi, belə bir təklif Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Almaniya tərəfindən irəli sürülüb.