“Donald Tramp artıq seçki nəticələrindən narahat olmadan Rusiya ilə münasibətlərin normallaşdırılmasını davam etdirə bilər”.
Medialive.az xəbər verir ki, bu sözləri ABŞ-nin Səudiyyə Ərəbistanındakı sabiq səfiri, Çin və Taylanddakı keçmiş müvəqqəti işlər vəkili Çarlz Friman TASS-a Trampın seçkilərdəki məğlubiyyətini şərh edərkən bildirib.
Keçmiş diplomat qeyd edib ki, Tramp hazırda axsaq ördəyə çevrilib:
“Tramp indi “axsaq ördək”dir. O, alçaldılıb. Onun yenidən dominantlığını təsdiqləmək üçün irrasional və dağıdıcı bir şey etməsi təhlükəsi var. Əgər sərt reaksiya verərsə, ilkin qurbanlar İran və Kuba olacaq”, – deyə o bildirib.
“Trampın bundan sonrakı addımlarının seçki nəticələrini nəzərə almadan atmasının parlaq tərəfi ola bilər. O, Qərbin Ukraynadakı proksi müharibəsinə son qoymaq və Rusiya ilə yaxınlaşmaya can atmaq istəyib. Əgər o, bu kursu davam etdirərsə Demokratlar, eləcə də Volodimir Zelenskini məğlub edən və Ukraynanı Rusiya ilə qarşıdurmada qəhrəmancasına zəif tərəf kimi qəbul edən öz partiyasının üzvlərindən böyük əks-səda ilə üzləşəcək”, – deyə Friman əlavə edib.
