• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

“Avrora” şirkətinin sürücüsü 92 minlik “Bizon”u necə “atdı”? – DETALLAR

26 Yanvar, 26 / 23:22
A A
“Avrora” şirkətinin sürücüsü 92 minlik “Bizon”u necə “atdı”? – DETALLAR

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Təhməzovun (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə edərək özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməli törədib.

Belə ki, Anar Təhməzov tamah niyyəti ilə vahid cinayət niyyəti əsasında, 2021-2022-ci illərdə “Avrora” MMC-nin Anbar Təsərrüfatı və Logistika Departamentində sürücü vəzifəsində işlədiyi zaman qulluq mövqeyindən istifadə edib. Təqsirləndirilən şəxs həmin MMC-nin satış üzrə nümayəndəsi vəzifəsində çalışmış tanışı Əlisərxan Rəhimov və sürücü-mexanik işləmiş digər tanışı Mübariz Zamanov ilə əvvəlcədən razılaşaraq, guya müştərilərinin olduğunu, şirkətə məxsus “Bizon” markalı içkiləri qısa müddətdə satacağını və satışdan əldə edilən vəsaiti bir ay ərzində Cəmiyyətin Bərdə şəhərində yerləşən filialının xəzinəsinə təhvil verəcəyini yalandan vəd etməklə onların etibarını qazanıb.

İstintaq materiallarında göstərilib ki, Anar 2021-ci ilin oktyabr ayının ortalarında Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Avrora” MMC-yə məxsus 21 773 manat dəyərində “Bizon” içkilərini ələ keçirib. Həmin ilin noyabr ayının ilk günlərində isə oxşar üsulla yenidən Əlisərxan Rəhimovu aldadaraq 26 000 manat məbləğində “Bizon” içkilərini götürüb. Daha sonra Mübariz Zamanovu da eyni vədlərlə inandıraraq 44 078 manat dəyərində məhsulu mənimsəyib.

Nəticədə təqsirləndirilən şəxs vahid niyyətlə “Avrora” MMC-yə ümumilikdə 91 851 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib.

Məhkəmə baxışında Anar Təhməzov Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, şirkətdə çalışdığı dövrdə “Bizon” məhsullarının alqı-satqısı ilə məşğul olub, iri tərəfdaşlara məhsul sataraq müəyyən qazanc əldə edib. Onun sözlərinə görə, malları sənədsiz qəbul edib, satışdan əldə olunan vəsaiti nağd, kart və ya sürücülər vasitəsilə alıb, qazancını çıxardıqdan sonra qalan məbləği ekspeditorlara təqdim edib. Təqsirləndirilən şəxs şirkətə qarşı dələduzluq etmək niyyətinin olmadığını, götürdüyü malların pulunu ödədiyini iddia edib.

Lakin məhkəmədə Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə tədqiq edilib. Həmin ifadəsində Anar özünü CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilib və “Avrora” MMC-də əvvəlcə fəhlə, sonradan isə sürücü vəzifəsində çalışdığını təsdiqləyib. O, işə qəbul və maddi məsuliyyət müqavilələri üzrə sənədlərdəki imzaların özünə məxsus olduğunu, sürücü kimi vəzifə öhdəliklərinə malların anbarlardan götürülməsi, qaimələr üzrə təhvil verilməsi və ödənişlərin qəbulunun daxil olduğunu bildirib.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, “Avrora” MMC-də çalışdığı müddətdə satış nümayəndələri ilə sıx əlaqədə olub, sifarişlər fakturalar əsasında rəsmiləşdirilib və bütün əməliyyatlar elektron sistemlərdə qeydə alınıb. Bununla belə, istintaq onun bəzi hallarda şirkətə məxsus malları rəsmi sənədlər olmadan götürərək mənimsədiyi qənaətinə gəlib.

Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs qismində tanınan “Avrora” MMC-nin nümayəndəsi ifadə verərək söyləyib ki, bu günədək təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyan tam şəkildə ödənilməyib. Nümayəndə qeyd edib ki, məhkəmə istintaqı zamanı Anar tərəfindən dəymiş ziyanın tam ödənilməsi halında şirkətin ona qarşı hər hansı şikayət və ya tələbi olmayacaq. Lakin ziyanın ödənilmədiyi təqdirdə, təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq ağır cəza təyin olunmasını məhkəmədən xahiş edib:

“Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs tərəfindən “Avrora” MMC-yə ümumilikdə 91 851 manat məbləğində maddi ziyan vurulub. Həmin məbləğin 26 851 manatı Anarın ailə üzvləri tərəfindən hissə-hissə ödənilib. Hazırda isə şirkətə dəymiş ziyanın 65 000 manat hissəsi ödənilməmiş qalır”.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Anar Təhməzov 6 il 3 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki yazı

Somali əti Azərbaycanda satılırmı? - RƏSMİ

Növbəti yazı

“Modern Hospital”dan şikayət - 7 dəfə əməliyyat olunan xəstə əmək qabiliyyətini itirdiyini iddia edir

Bənzər Xəbərlər

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
Sosial

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22.May.26 /14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
Sosial

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.May.26 /14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI
Dünya

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22.May.26 /13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi
Sosial

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22.May.26 /13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək
Sosial

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22.May.26 /13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ
Sosial

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22.May.26 /13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO
Sosial

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22.May.26 /13:09
Sabiq deputat Türkiyədə vəfat etdi
Sosial

Sabiq deputat Türkiyədə vəfat etdi

22.May.26 /13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Sosial

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22.May.26 /13:05

XƏBƏR LENTİ

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22 May, 26 / 14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22 May, 26 / 14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22 May, 26 / 13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22 May, 26 / 13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22 May, 26 / 13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22 May, 26 / 13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22 May, 26 / 13:09
Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

22 May, 26 / 13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 May, 26 / 13:05
Bu hakim vəzifəsindən azad olunur

Bu hakim vəzifəsindən azad olunur

22 May, 26 / 13:03
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.