• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirib

23 Dekabr, 25 / 13:47
A A
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib.

Medialive.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə ilk təbrik nitqi ilə çıxış edən  Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AQC tərəfindən təqdim edilən hesabata münasibət bildirərək, qurumun aktiv fəaliyyətinin qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Komitə sədri qurumun beynəlxalq əlaqələr, ictimai  və peşəkar sektorlar üzrə hərtərəfli proqram xarakterli fəaliyyətinin Azərbaycan dövlətinin yeritdiyi siyasətin davamı kimi yüksək qiymətləndirib. Daha sonra çıxış edən millət vəkilləri  Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında əhəmiyyətindən danışıblar. Deputatlar bildiriblər ki, daşınmaz əmlak, bank sektoru, investisiya mühiti və sahibkarlığın inkişafı baxımından peşəkar qiymətləndirmə mexanizmləri mühüm rol oynayır. Qeyd edilib ki, bu sahədə fəaliyyət göstərən institutların gücləndirilməsi iqtisadi sabitliyə və şəffaflığa birbaşa təsir göstərir. Millət vəkilləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələr xüsusilə vurğulanıb, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarının  sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında rolunun əhəmiyyəti qeyd edilib. Deputatlar AQC-nin və qurum rəhbərliyinin qeyd olunan istiqamətdə fəalləğını təqdir etdiklərini, Azərbaycanın ictimai sektorunun və ekosistemin önəmli iştirakçılarından biri olduğunu bildiriblər.

Tədbirdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) tərəfindən AQC sədri Vüqar Oruca sertifikat təqdim olunub. Sertifikatı təbrik çıxışdan sonra fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.

Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.

Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından xüsusi təşəkkür ifadə olunub.

Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib, Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə iştirakçılara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.

Əvvəlki yazı

308 nömrəli məktəbdə uşaqlar "donur" - 10 gündür istilik yoxdur

Növbəti yazı

"Türkiyə gəmilərə hücumlarla bağlı monitorinq sistemini gücləndirəcək"

Bənzər Xəbərlər

Tanınmış iş adamına ağır itki
Sosial

Tanınmış iş adamına ağır itki

10.Apr.26 /16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Sosial

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10.Apr.26 /16:08
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
Sosial

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

10.Apr.26 /16:06
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Sosial

Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

10.Apr.26 /16:04
İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır
Sosial

İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

10.Apr.26 /15:34
Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək
Sosial

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10.Apr.26 /15:32
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
Sosial

Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

10.Apr.26 /15:29
Maaşlar artıq belə ÖDƏNİLƏCƏK
Sosial

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

10.Apr.26 /15:27
Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC
İqtisadiyyat

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

10.Apr.26 /15:23

XƏBƏR LENTİ

Tanınmış iş adamına ağır itki

Tanınmış iş adamına ağır itki

10 Aprel, 26 / 16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10 Aprel, 26 / 16:08
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

10 Aprel, 26 / 16:06
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

10 Aprel, 26 / 16:04
İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

10 Aprel, 26 / 15:34
Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10 Aprel, 26 / 15:32
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

10 Aprel, 26 / 15:29
Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

10 Aprel, 26 / 15:27
Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

10 Aprel, 26 / 15:23
Prezident bu şəxsləri təltif etdi

Prezident bu şəxsləri təltif etdi

10 Aprel, 26 / 15:21
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.