• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycanın ən qocaman generalı - 7 nazir və 3 baş prokurorla işləyib

23 Mart, 26 / 14:33
A A
Azərbaycanın ən qocaman generalı - 7 nazir və 3 baş prokurorla işləyib

Bu gün Azərbaycanın ən qocaman generallarından olan Akif Bəşir oğlu Rəfiyevin doğum günüdür.

Medialive.az Oxu24.com-a istinadən xəbər verir ki, II dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru) Akif Rəfiyev 90 yaşını qeyd edir.

Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri olan A.Rəfiyev

1936-cı il martın 23-də Gəncə şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib.1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist, 1961-64-cü illərdə Şəmkir rayon prokuronunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayıllı rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləyib.

1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifələrində çalışıb.

Hüquq mühafizə sahəsində 42 il fasiləsiz işləmişdir. 1989-cu ildə Respublikada, xüsusilə Qarabağda cinayətkarliğa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunması xidmətlərinə görə “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general mayoru) rütbəsi verilmişdir. İşlədiyi müddət ərzində hüquq jurnallarında məqalə və müsahibələri, hüququn ayrı-ayrı aktual məsələləri və problemlərinə dair 100-dən artıq çıxışı və məqaləsi olub.

O,Daxili İşlər Nazirliyində Cəfər Vəliyev, Aydin Məmmədov, Məhəmməd Əsədov, Ədliyyə Nazirliyində Əlisaab Orucov, İlyas İsmayılov, Südabə Həsənova və Fikrət Məmmədov, prokurorluq sistemində Seyfulla Əkbərov, Qamboy Məmmədov və Abbas Zamanovla işləyib. Ümumilikdə 7 nazir və 3 baş prokurorun zamanı mühüm vəzifələrdə çalışıb.

Bir oğlu, bir qızı var. Hər ikisi ixtisasca həkimdir. Oğlunun ali hüquq təhsili də var.  

Akif Rəfiyev məşhur Rəfibəylilər nəslindəndir.

“Gəncəliyik, nəslimizin 400 ildən artıq tarixi var. Ümumiyətlə, Rəfibəylilər 16 soyadı daşıyır: Rəfibəyli, Rəfili, Rəfizadə, Rəfibəyov, Rəfiyev. Türkiyədə isə 3 soyad – Arran, Sayqın, Əsgəran. Orta Asiyada da nəslimizin davamçıları var. 1920-ci ildən 1949-cu ilə qədər nəslimiz 9 dəfə sürgün olunub. Hələ mən güllənənləri, öldürülənləri demirəm. Ona görə də bizim nəsildə hətta Kərimov, Kərimli, Rəcəbov, Babayev kimi soyadlar daşıyanlar da az deyil.

Atamın Cəmil adlı əmisi oğlu var idi, çox cəngavər insan idi. 1926-cı ildən 1956-cı ilədək sürgündə olmuşdu. O, 500 süvarinin rəhbəri imiş Gəncə quberniyası general-qubernatorunun əmriylə Qarabağa göndərilib. Ağdamla Əsgəran arasında 3 bolşeviki azad eləyib.

Gəncədən göstəriş alıb geri dönərkən, Yevlax stansiyasına Cümhuriyyət hökumətinin devrildiyini bilib. Onu yaxalayıb yeni hökumət nümayəndəsinin yanına aparıblar. Zirzəmidə üz-üzə gələrkən bolşevik komandir Cəmil bəyi tanıyıb. Deyib ki, Əsgəranda “erməni deyillərsə, əl-qollarını açıb buraxın” deyən sən idin. Cəmil bəy soruşub ki, bəs sən kimsən. Deyib ki, mən Mircəfər Bağırovam. “Gəl biz tərəfə keç!” O razılaşmayıb, “Gəncəyə qayıdacam”, deyib.Bax belə, biz Rəfibəylilər həyatın hər cür çətinliyilə üz-üzə gəlmiş və hazırda dünyanın bir neçə olkəsində müxtəlif soyadlarla yaşayırlar”,-deyə o,müsahibələrinin birində qeyd edib.

Əvvəlki yazı

Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarıldı – iki nəfər həbs edildi

Növbəti yazı

Şimşək çaxacaq, qar yağacaq - Sabahın havası

Bənzər Xəbərlər

Zelenski Hikmət Cavadı təltif etdi
Siyasət

Zelenski Hikmət Cavadı təltif etdi

28.İyn.26 /20:36
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş
Sosial

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

28.İyn.26 /20:34
Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...
Dünya

Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...

28.İyn.26 /20:33
Kadir İnanır vəfat etdi
Dünya

Kadir İnanır vəfat etdi

26.İyn.26 /19:53
Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08

XƏBƏR LENTİ

Zelenski Hikmət Cavadı təltif etdi

Zelenski Hikmət Cavadı təltif etdi

28 İyun, 26 / 20:36
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

28 İyun, 26 / 20:34
Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...

Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...

28 İyun, 26 / 20:33
Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

26 İyun, 26 / 19:53
Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.