CANLI
Hadisə

Bakıda restoranda meyit tapıldı

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb.

Medialive.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib.

Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi B.Çobanzadə küçəsindəki restoranda tapılıb.

Faktla bağlı araşdırma aparılır.