Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək.
Medialive.az xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.
Belə ki, Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi – xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair və Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələrin sessiya müddətində keçirilməsi planlaşdırılıb.
***
Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.
Komitənin iş planı belədir:
– Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın hazırlanması;
– “İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans” mövzusunda müqayisəli hüquqi icmalın hazırlanması;
– İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması;
– Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq” mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması;
– Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması;
– “Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti” mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması;
– Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma” mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması.
