• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

BİABIRÇILIQ! İcra başçısının müavinin əri sərxoş halda xalqın inancını təhqir etdi - VİDEO

19 Yanvar, 26 / 11:00
A A
BİABIRÇILIQ! İcra başçısının müavinin əri sərxoş halda xalqın inancını təhqir etdi - VİDEO

Bəzən bir neçə dəqiqəlik sosial şəbəkə “canlısı” illərlə qurulan imici yerlə-yeksan etməyə kifayət edir. Son günlər sosial şəbəkələrdə müzakirə olunan iddialar da məhz bu qəbildəndir. Məsələ təkcə TikTok-da açılan canlı yayım deyil. Məsələ dövlət vəzifəsi, ictimai məsuliyyət və dini dəyərlərə münasibətin harada başlayıb harada bitməsidir.

Söhbət Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən, eyni zamanda icra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı olan Habil Eyvazovun sosial şəbəkədə içkili halda canlı yayım açaraq dinə, peyğəmbərlərə, namaza və dəstəmaza istehzalı münasibət göstərməsindən gedir. Hansı ki, bu görüntülər təkcə dindarları yox, ümumilikdə cəmiyyətdə sağlam düşünən hər kəsi narahat etməyə kifayətdir.

Bu şəxs həm dövlət idarəsində sürücü işləyir, həm də həmin idarənin rəhbər müavininin həyat yoldaşıdır. Bura qədər hər şey “ailə podratı” kimi görünsə də, əsas rəzalət sosial şəbəkədə yaşanır. Bu şəxs götürüb xalqın inancını, dini dəyərlərini açıq şəkildə təhqir edir.

Burada əsas sual budur: Bu, doğrudanmı “şəxsi məsələdir”? Kağız üzərində bəli. Amma reallıqda yox…

Çünki söhbət sıradan bir vətəndaşdan getmir. Söhbət dövlət strukturu ilə birbaşa bağlılığı olan, üstəlik həyat yoldaşı rayonda dini sahəyə nəzarət edən məmur olan şəxsdən gedir. Belə olan halda “ailə ayrıdır, vəzifə ayrı” arqumenti cəmiyyət üçün əhəmiyyətini itirir.

Dini sahə oyuncaq deyil. Bu sahə Azərbaycanda həmişə həssas olub və dövlət də bunu yaxşı bilir. Elə buna görə də dini məsələlər hər rayonda təsadüfi adamlara tapşırılmır. Dini sahəni kurasiya edən məmurun ailəsində din bu qədər məsxərəyə qoyula bilirsə, bu şəxslərin özü tapşırıqları yerinə yetirməkdə nə qədər səmimidir?

Bir də “alkoqol təsiri” məsələsi var. Əgər doğrudursa, bu, vəziyyəti yüngülləşdirmir, əksinə ağırlaşdırır. Çünki insan içkili halda da kim olduğunu, harada işlədiyini və kimlə ailə qurduğunu unutmamalıdır. Dövlətlə əlaqən varsa, məsuliyyət 24 saat olmalıdır.

Vəzifə sadəcə kreslo deyil. Vəzifə davranış, nümunə, məsuliyyətdir. Çünki dövlət yalnız binadan və möhürdən ibarət deyil. Dövlət onu təmsil edən insanların davranışıdır.

Məsələnin ən ağrılı tərəfi odur ki, bu insan dövlət büdcəsindən, yəni bizim ödədiyimiz vergilərdən maaş alır. Səhər dövlətin maşınını sürüb, axşam həmin dövlətin vətəndaşının müqəddəs saydığı dəyərlərə söyüş söymək hansı əxlaqa sığır?

Görünür, bəziləri elə bilir ki, əri və ya arvadı vəzifədədirsə, onlara “yaşıl işıq”dır, istədikləri adamı aşağılaya, istədikləri dəyəri tapdalaya bilərlər.

Buna sadəcə “şəxsi rəy” deyib keçmək olmaz. Sən kiməsə inanmaya bilərsən, ateist ola bilərsən, bu sənin şəxsi işindir. Amma milyonlarla insanın inancını təhqir etmək azadlıq deyil.

Dövlətin adından istifadə edib xalqa yuxarıdan aşağı baxanlar, mənəviyyatımıza dil uzadanlar bilməlidir ki, o oturduqları maşın da, o vəzifə də müvəqqətidir. Xalqın nifrətini qazanmaq isə ömürlük damğadır. Ümid edirik ki, aidiyyatı qurumlar bu “toxunulmaz” şəxsin və onun himayədarlarının barəsində lazımi ölçü götürəcəklər.

Vəzifə və səlahiyyət insana cəmiyyətin mənəvi sütunlarını sarsıtmaq yox, onları qorumaq üçün verilir. Bir dövlət qurumunda həm ailə bağları, həm də iş münasibətləri ilə təmsil olunmaq imtiyaz deyil, nümunəvi davranış nümayiş etdirmək öhdəliyidir. Dövlətə xidmət edən hər kəs unutmamalıdır ki, xalqın dəyərlərinə hörmət elə dövlətin özünə hörmətdir.demokrat.az

Əvvəlki yazı

Azərbaycanda toyda dava düşdü

Növbəti yazı

Pilləkəndən yıxılan fəhlə 11 gün sonra ölüb

Bənzər Xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25.İyn.26 /17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE
Manşet

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25.İyn.26 /17:38
Ölümündən sonra təltif edilən polkovniklər...
Hərbi

Ölümündən sonra təltif edilən polkovniklər...

25.İyn.26 /17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Sosial

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25.İyn.26 /17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
İlham Əliyev

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25.İyn.26 /17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
İlham Əliyev

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25.İyn.26 /16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır
İlham Əliyev

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25.İyn.26 /16:33

XƏBƏR LENTİ

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25 İyun, 26 / 17:38
Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

25 İyun, 26 / 17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25 İyun, 26 / 17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25 İyun, 26 / 17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25 İyun, 26 / 16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25 İyun, 26 / 16:33
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

25 İyun, 26 / 16:32
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.