• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Borc verənlərin nəzərinə - BUNLARI ETMƏSƏNİZ...

01 Aprel, 26 / 12:46
A A
Borc verənlərin nəzərinə - BUNLARI ETMƏSƏNİZ...
Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Məhkəmədən APA-ya verilən məlumata görə, borc münasibətlərinə daxil olarkən nələrə diqqət edilməli olduğu açıqlanıb:
“Gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir. Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır”.
Bildirilib ki, qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır: “Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.
Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur”.
Bildirilib ki, borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir: “Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.
Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur”.
Məhkəmə borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə edir:
borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;
müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;
mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;
borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;
tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;
zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.
“Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir”, məlumatda deyilir.
Əvvəlki yazı

Azərbaycanda plastik əməliyyatlar sığorta ilə olacaq

Növbəti yazı

Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər

Bənzər Xəbərlər

Kadir İnanır vəfat etdi
Dünya

Kadir İnanır vəfat etdi

26.İyn.26 /19:53
Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39

XƏBƏR LENTİ

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

26 İyun, 26 / 19:53
Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.