Fransanın birinci xanımı Bricit Makron haqqında yalan məlumatlar yaymaqla təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.
Medialive Le Figaro-ya istinadən xəbər verir ki, təqsirləndirilənlər bildiriblər ki, onlar hərəkətlərini söz azadlığı çərçivəsində satira hesab edirlər,
Məlumata görə, müttəhimlər birinci xanımın onlayn təqibində iştirak etdiklərini inkar ediblər. Onlar sosial şəbəkədəki paylaşımlarını “qara yumor” adlandırıblar.
Onlar sosial medianı oxumayan və X səhifəsi olmayan prezidentin həyat yoldaşının cinsiyyətini dəyişdirməsi ilə bağlı onlayn mesajlarının birbaşa birinci xanımın gözünə düşməsindən təəccübləndiklərini bildiriblər.
Qeyd edək ki, bir neçə İT mütəxəssisi, daşınmaz əmlak agenti, müəllim və sosial işçi də daxil olmaqla 10 əsas müttəhimdən yalnız 7-si məhkəməyə gəlib.
Onları iki ilə qədər həbs gözləyir.




















