CANLI
İqtisadiyyat

“Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər”

Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub.

Medialive.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir:

“Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı və sizin apardığınız siyasətidir. Azərbaycan və Gürcüstan arasında ötən il ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu ilin ilk rübündə yenə də artım yüksəkdir. Belə getsə, ilin sonuna bəlkə də 1 milyard rəqəminə çatarıq”.

Prezident bildirib ki, Gürcüstandakı mövcud olan müsbət investisiya iqlimi Azərbaycan sərmayədarları həvəsləndirir:

“Bu günədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırılıb. Bu gün həm Azərbaycan, həm də Gürcüstanla əlaqəli yeni investisiya layihələri haqqında fikir mübadiləsi apardıq. Ola bilər ki, nə vaxtsa üçüncü ölkələrə birgə sərmayə qoyuluşu nəzərdən keçirilsin”.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24