CANLI
Sosial

Çıxarışlarla bağlı ŞAD XƏBƏR - Bu evlərə də verilə bilər

Azərbaycanda illərdir minlərlə vətəndaşın qarşılaşdığı və demək olar ki, düyünə düşmüş əsas mülkiyyət problemlərindən biri – kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunan fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı uzun zamandır gözlənilən müjdəli addımlar atılmağa başlanıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin APA-ya və “Xəzər” TV-yə verdiyi birgə müsahibəsində səsləndirdiyi açıqlamalar ölkədə sənədsiz evlər problemi ilə üzləşən yüz minlərlə ailə üçün ümidləri yenidən alovlandırıb. Xidmət rəisi bildirib ki, vətəndaşlar tərəfindən təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, aidiyyəti dövlət qurumlarına – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Kənd Təsərrüfatı Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada rəy üçün göndərilir. Həmin qurumlar tərəfindən müsbət rəy verildiyi hallarda növbəti mərhələdə sənədlər daha yuxarı instansiyaya təqdim olunur və qərar təsdiq olunduqdan sonra torpağın kateqoriyası dəyişmiş hesab edilir.

Mətin Eynullayevin sözlərinə görə, daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 70 faizdən çoxu məhz kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərindəki fərdi yaşayış evləri və həyətyanı sahələrlə əlaqədardır. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eləcə də torpaqların işğalı və digər sosial səbəblər üzündən böyük sayda insanın yaşayış yerlərini tərk edərək başqa ərazilərdə məskunlaşmağa məcbur qalması nəticəsində bu cür kənd təsərrüfatı təyinatlı torpaqlarda nəhəng yaşayış massivləri yaranıb. Həmin massivlərdə tək-tük deyil, minlərlə fərdi yaşayış evinin mövcud olduğunu vurğulayan xidmət rəisi qeyd edib ki, bu torpaqların hər birinin ayrıca, fərdi şəkildə kateqoriyasının dəyişdirilməsinin heç bir iqtisadi və ya inzibati səmərəliliyi yoxdur, çünki bu, bütövlükdə problemi kökündən həll etmir. Məhz buna görə də dövlət qurumları tərəfindən tamamilə yeni və kütləvi yanaşma tətbiq olunması nəzərdə tutulur.

Əgər sözügedən yaşayış massivləri şəhərsalma sahəsində mövcud olan normativ sənədlərə, ərazi planlaşdırma tələblərinə əsasən uyğun salınıbsa, orada zəruri mühəndis-kommunikasiya xətləri, yol-nəqliyyat infrastrukturu mövcuddursa və gələcək inkişaf üçün potensial varsa, fərdi müraciətlərə ehtiyac qalmadan kütləvi dəyişdirilmə həyata keçiriləcək. Aparılan inventarlaşdırma və digər zəruri tədbirlərin nəticələri əsasında dövlət qurumları tərəfindən müsbət qərar qəbul olunacağı təqdirdə, həmin massivdəki bütün fərdi yaşayış evlərinin torpaq kateqoriyası birdəfəlik dəyişdiriləcək ki, bu da vətəndaşların qanuni mülkiyyət hüquqlarını – yəni uzun müddətdir həsrətində olduqları “kupça”nı əldə etmələrini misilsiz dərəcədə asanlaşdıracaq.

Medialive.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Camal Abışov bildirib ki, hökumətin bu addımı ölkə ərazisində illərdir yığılıb qalmış minlərsə sənədsiz ev probleminin həlli istiqamətində atılmış ən mühüm və tarixi qərarlardan biridir. Ekspertin sözlərinə görə, illər ərzində vətəndaşların kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikməsi və onların fərdi qaydada təyinat dəyişikliyinə nail olmağının qeyri-mümkünlüyü minlərlə ailəni hüquqi baxımdan çıxılmaz vəziyyətdə qoymuşdu: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqladığı bu mexanizm sadəcə fərdi sənədləşmə deyil, bütöv bir massivin, küçələrin və yaşayış məntəqələrinin kütləvi şəkildə leqallaşdırılması deməkdir. Əgər ərazidə kommunikasiya xətləri varsa, şəhərsalma normaları nisbətən qorunubsa və dövlət qurumları bunu kütləvi şəkildə təsdiqləyəcəksə, bu, ölkə əmlak bazarında böyük bir canlanma yaradacaq. Çünki əhalinin əlində olan böyük bir daşınmaz əmlak kütləsi ilk dəfə qanuni dövriyyəyə daxil olacaq. İllərdir hər hansı rəsmi statusu olmadığı üçün girov qoyula bilməyən, alqı-satqısı, bağışlanması və ya digər hüquqi əməliyyatları ciddi maneələrlə üzləşən bu evlər artıq dövlət reyistinə daxil olmaq imkanı qazanacaq. Bu isə o deməkdir ki, vətəndaşlar gələcəkdə öz əmlaklarını banklara girov qoyaraq biznes kreditləri götürə biləcək, ailə büdcələrini gücləndirəcək və iqtisadi dövriyyəyə tamhüquqlu şəkildə qoşulacaqlar. Sosial baxımdan da bu qərarın əhəmiyyəti ölçüyəgəlməzdir, çünki on minlərlə insan artıq sabahından nigaran qalmayacaq, onların üzərindəki “özgə torpağında tikinti” psixoloji yükü tamamilə aradan qalxacaq. Lakin burada ən vacib məqam prosesin sürətli, şəffaf və yerlərdə bürokratik əngəllərə yol verilmədən icra edilməsidir. Əgər aidiyyəti qurumlar – İstər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, istərsə də digər səlahiyyətli qurumlar əlaqəli şəkildə işləsələr və inventarlaşdırma prosesi ləngimədən başa çatdırılarsa, bu, Azərbaycanın əmlak sektorunda əsl inqilab olacaq. İnanıram ki, dövlət başçısının və hökumətin bu sahədəki iradəsi nəticəsində on illərdir həllini gözləyən bu qlobal problem qısa müddətdə öz müsbət həllini tapacaq və vətəndaş məmnunluğu təmin olunacaq”.

loginmatikloginmatiksonbahissonbahis girişsonbahissonbahis girişsonbahissonbahis girişsonbahissonbahis giriş