CANLI
Manşet

Dini konfessiyaların Məşvərət Şurası Prezidentə təşəkkür məktubu ünvanlayıb

Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurası Prezident İlham Əliyevə maliyyə yardımı ilə əlaqədar təşəkkür məktubu ünvanlayıb.
Məktubda Azərbaycan dini icmalara göstərilən yüksək diqqət və qayğıya, əməli dəstəyə görə dərin ehtiram və minnətdarlıq ifadə edilib.
“Biz, Azərbaycandakı dini konfessiyaların başçıları, Sizin şəxsiyyətinizlə, ölkədaxili və bəşəri əhəmiyyət kəsb edən qərar və təşəbbüslərinizlə fəxr edir, dünya müstəvisində qazandığınız etimad səviyyəsi ilə qürur duyuruq. Azərbaycan Sizin öndərliyinizlə müdrik dövlət idarəçiliyi nümunəsi ilə göstərir ki, ənənəvi dəyərlərə ehtiram, multikultural irs və dinc yanaşı yaşamaq mədəniyyəti sayəsində dövlətlər necə böyük zəfərlər qazana, xarüqələr yarada bilərlər” – deyə, din xadimləri qeyd ediblər.
Azərbaycan din xadimləri məktubda qeyd ediblər ki, bütün dindarlar hər zaman ölkə rəhbərinin yanındadırlar, onun müdrik daxili və xarici siyasətini dəstəkləyirlər.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb.
taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maç