• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

"Fransa dalana dönmüş Ermənistana görə Azərbaycanla münasibətləri korlamayacaq" - Tural Abbaslı

20 Oktyabr, 25 / 15:44
A A
"Fransa dalana dönmüş Ermənistana görə Azərbaycanla münasibətləri korlamayacaq" - Tural Abbaslı

Son zamanlar baş tutan beynəlxalq tədbirlərdə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə daha səmimi davranmağa çalışdığı müşahidə olunur.

Bu daha çox Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən, eyni zamanda bu il Vaşinqtonda qəbul edilən sülh paraflanmasından sonra daha çox özünü biruzə verir.

Bütün bu prosesləri nəzərə alaraq, Azərbaycanla Fransa arasında konstruktiv münasibətlərin bərqarar olacağını deyə bilərikmi?

Görəsən, Fransa ölkəmizə yaxınlaşmaqla hansı məqsədləri güdə bilər?

Mövzu ilə bağlı AĞ Partiya başqanı Tural Abbaslı Medialive-yə açıqlama verib.

O, açıqlamasında bildirib ki, ölkə başçılarının beynəlxalq tədbirlərdə səmimi görüşüb-söhbətləşməsi münasibətlərin yaxşılaşmasına işarədir:

“Müasir dünyada prezidentlərin şəxsi münasibətləri bir çox hallarda dövlətlərarası münasibətləri də tənzimləyir. Buna görə ölkə başçılarının beynəlxalq tədbirlərdə bir-biri ilə səmimi görüşüb söhbətləşməsi münasibətlərin yaxşılaşmasına işarə kimi qəbul edilə bilər. Amma təbii ki, bu münasibətlərin yaxşılaşması özünü dövlətlərarası siyasətdə göstərməlidir. Yanlız tədbirdən-tədbirə görüşlər bunu həll etmir. Əsas məsələ bunun özünü necə biruzə verməsidir. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərəzli mövqedə çıxış etməmək ölkəmizi dəstəkləmək kimi görünə bilər. Artıq Fransa da başa düşür ki, Ermənistan kimi bir dövlətin üzərindən Azərbaycan qədər güclü dövlətlə mübahisə etmək doğru deyil. Onsuz Azərbaycan Fransanın mövqeyindən asılı olmayaraq, Qarabağ məsələsini öz bildiyi istiqamətdə həll etdi. Azərbaycan bu məsələdə Türkiyə, Pakistan, nisbətən ABŞ kimi müttəfiqlərini yanına aldı”.

Partiya sədri qeyd edib ki, Fransa dalana çevrilmiş Ermənistana görə Azərbaycanla münasibətləri korlamayacaq:

“Fransa Ermənistanın yanında tək qalıb. Azərbaycan kimi strateji əhəmiyyətə malik dövlətlə münasibətlərin korlanmasını məqsədəuyğun hesab etmir. Gələcəkdə Fransanın maraqları Azərbaycandan keçə bilər. Çünki neft-qaz ehtiyatları ölkəmizdə kifayət qədərdir, eyni zamanda Orta Asiya qazının, neftinin Azərbaycan vasitəsilə Avropaya ixrac edilməsi, habelə yaşıl enerji məsələləri var ki, bunlar Fransanın maraq dairəsindədir. Bütün bu faktorları təhlil edəndə, Fransanın məntiqi o ola bilər ki, Azərbaycanla münasibətləri düzəltsin. Dalana çevrilmiş Ermənistana görə Azərbaycanla münasibətləri korlamasın”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Ramiz Mehdiyev nə qədər pensiya alır? - Dodağuçuqladan məbləğ

Növbəti yazı

Atəşkəs pozuldu - İsrail Livanı bombaladı

Bənzər Xəbərlər

Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?
Sosial

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17.Fev.26 /11:27
Bu şəxslər 30 manat cərimələnəcək
Sosial

Bu şəxslər 30 manat cərimələnəcək

17.Fev.26 /11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi
İlham Əliyev

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17.Fev.26 /11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi
Sosial

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17.Fev.26 /11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO
Sosial

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17.Fev.26 /11:16

XƏBƏR LENTİ

Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Bu şəxslər 30 manat cərimələnəcək

Bu şəxslər 30 manat cərimələnəcək

17 Fevral, 26 / 11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17 Fevral, 26 / 11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17 Fevral, 26 / 11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17 Fevral, 26 / 11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17 Fevral, 26 / 11:14
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.