• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

Ramiz Mehdiyev nə qədər pensiya alır? - Dodağuçuqladan məbləğ

20 Oktyabr, 25 / 15:22
A A
Ramiz Mehdiyev nə qədər pensiya alır? - Dodağuçuqladan məbləğ
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək – “gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.

Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.

İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik.  Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.

Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.

Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.

Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır – məsələn, deputatlar üçün “təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.

Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.

Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu “yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.

Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.

Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.

Ramiz Mehdiyevə 2003-cü ildən – 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.

Qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də pensiyanın təyin olunması şərtlərinə daxildir. Bioqrafiyasında qeyd olunduğu kimi, Ramiz Mehdiyev 1965-ci ildən 1991-ci ilə kimi keçmiş sovet-partiya-dövlət sistemində müxtəlif vəzifələr tutub.

“Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya məbləği təyin olunur.

Qanunun 7.1-ci maddəsində deyilir: “Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır”.

Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifədə fəaliyyət göstərmiş şəxsin pensiya məbləğinin fantastik olması hüquqi baxımdan əsaslandırılsa da, ictimai baxımdan müzakirə və suallar doğurur.

Əvvəlki yazı

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Növbəti yazı

"Fransa dalana dönmüş Ermənistana görə Azərbaycanla münasibətləri korlamayacaq" - Tural Abbaslı

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.