Məlum olduğu kimi, Hindistan Rusiyanın Lukoil və Rosneft şirkətlərindən neft almağa qadağa qoyub.
Medialive Bloomberg-ə istinadən xəbər verir ki, neft emalçıları sanksiyalara məruz qalmayan digər Rusiya tədarükçülərindən nə qədər neft və hansı qiymətə idxal edə biləcəklərini öyrənirlər.
Onlar həm də araşdırırlar ki, “Rosneft”i necə başqa şirkətlər vasitəsilə tədarük edə bilərlər,
Sanksiyalar daha əvvəl Rusiyanın daha iki istehsalçısına, Surqutneftegaz və Qazprom Neftə qarşı da tətbiq edilib.
Məlumata görə, sanksiyaya məruz qalan bu dörd şirkət 2024-cü ildə Hindistanın Rusiya neft idxalının 80%-dən çoxunu təşkil edib.




















