Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası üç siyasi partiyanın, o cümlədən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.
Medialive xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili brifinq zamanı deyib.
“Hesab edirik ki, vətəndaşların “Birlik – Milli Hərəkat” siyasi birliyi, vətəndaşların “Dəyişikliklər Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” siyasi birliyi və “Güclü Gürcüstan – Lelon xalq üçün, azadlıq naminə” vətəndaşların siyasi birliyi konstitusiyaya zidd kimi tanınmalıdır”, – Paaşvili bildirib.
Papuaşvili bildirib ki, hakim partiya parlamentdəki prosedurlardan keçdikdən sonra Konstitusiya Məhkəməsinə müvafiq iddia qaldıracaq.
“Prosedura gəlincə, indi iddia ilk növbədə [parlamentin] prosessual komitəsinə veriləcək, o, imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz onu Konstitusiya Məhkəməsinə verəcəyik. Mən bu gün düşünmürəm”, – o bildirib.
