CANLI
Dünya

Hindistanda qəribə olay - İşdən 10 dəqiqə tez çıxan şəxsə görün nə yazıldı

Hindistanda qəribə hadisə yaşanıb.

Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, yeni işə götürülən əməkdaş iş saatının bitməsinə 10 dəqiqə qalmış ofisdən çıxıb, bundan sonra isə müdiri ona WhatsApp vasitəsilə mesaj yazıb.

Müdir mesajında ona “Bu gün saat neçədə işdən çıxdınız?” deyə yazıb.

İşçi həmin mesajı sosial mediada yayımlayaraq rəhbərlərin ikili standartlarını tənqid edib və ekran görüntüsünü paylaşıb.

Şikayətçi şəxs paylaşımında bildirib ki, rəhbər şəxslər bəzən bir saata qədər fasilələrə icazə verməlidirlər. O, həmçinin şirkətin onun iş xərclərinin ödənilməsini 17 gün gecikdirdiyini iddia edib. 

Paylaşım tez bir zamanda geniş müzakirələrə səbəb olub.