Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini uzadıb.
Medialive.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Hakop Kureqyan məlumat yayıb.
“Məhkəmə Koçaryanın həbs müddətini iki ay uzatdı. Məhkəmə sisteminə göstərilən təzyiqləri nəzərə alsaq, hazırkı mərhələdə başqa qərar gözləmək çətin idi”, – Kureqyan jurnalistlərə bildirib.
Bununla belə, vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırladaq ki, Sedrak Koçaryan Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində bu ilin avqustunda saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı xüsusilə külli miqdarda çirkli pulların yuyulması, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadəyə yardım və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
