CANLI
Dünya

Lavrov: Moskva ABŞ-nin Ukrayna ilə bağlı onlara məlumat verməsini gözləyir

Moskva Vaşinqtonun Ukrayna və Avropa nümayəndələri ilə danışıqların nəticələri barədə ona məlumat verməsini gözləyir.

Medialive xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib.

“Biz gözləyirik ki, ABŞ Ukrayna rejimi və avropalılarla məsləhətləşmələrini başa çatmış hesab etdikdə, onlar bizə məlumat verəcəklər. Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək”, – nazir Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiya iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, Rusiya Ukrayna böhranının həlli üçün ABŞ-ni danışıqlara tələsdirmir.