CANLI
Dünya

Məşhur avtomobil nəhəngi böhran içində: Minlərlə işçisini işdən çıxaracaq

Almaniyanın məşhur avtomobil istehsalçılarından olan BMW 8000 işçisini işdən çıxarmağa hazırlaşır.

Medialive.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Alman mətbuatında yer alan xəbərlərə görə, ixtisarlar təqaüdə çıxma və müddəti bitən müqavilələrin yenilənməməsi, eləcə də könüllü işdənçıxarma proqramları vasitəsilə həyata keçiriləcək.

BMW-nin ixtisar planının bu ilin oktyabr ayında başlaması və 2027-ci ilin sonuna qədər davam etməsi gözlənilir.

İşçilərin işdən çıxarılması qərarı BMW-nin Münhendəki baş ofisinə də ağır zərbə vuracaq. Şirkət rəhbərliyi ilə yanaşı, tədqiqat və innovasiya mərkəzinin böyük bir hissəsinin də işdən çıxarılması gözlənilir.

BMW-nin işdənçıxarma çərçivəsində ödəyəcəyi təzminat məbləği gəlir və iş stajına əsasən müəyyən ediləcək. Məlumata görə, BMW bu il bu məqsədlə milyonlarla avro ayırmağı planlaşdırır.

Qeyd edək ki, BMW-nin dünya üzrə 154 min  işçisi var, onlardan 87 mindən çoxu Almaniyada çalışır.