CANLI
Dünya

Makron: “İstəyənlərin koalisiyası” Ukrayna cəbhəsinə qoşun yeritməyəcək

French President Emmanuel Macron delivers a statement as part of Nigerian President Bola Tinubu's two-day state visit to France, Thursday, Nov. 28, 2024 at the Elysee Palace in Paris. (Sarah Meyssonnier/Pool via AP)

“”İstəklilərin koalisiyası” münaqişə bitdikdən sonra öz qüvvələrini Ukrayna cəbhəsindən uzaqda yerləşdirmək niyyətindədir”.

Medialive xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron RTL radiosuna açıqlamasında deyib.

O bildirib ki, onlar heç vaxt qoşunları cəbhə xəttində yerləşdirməyiblər:

“Biz heç vaxt qoşunları cəbhə bölgəsində yerləşdirilməyi planlaşdırmamışıq, çünki bu, bizim vəzifəmiz deyil” .

Onun sözlərinə görə, seçimlərdən biri Kiyev və Odessadakı ehtiyat obyektlərdə yerləşdirmə ola bilər.

“Burada məxfilik elementi var, hər şey daha mürəkkəbdir və ehtiyat qüvvələr yaradılma mərhələsindədir”, – Fransa lideri qeyd edib.

Qeyd edək ki, Makron daha əvvəl “istəklilər koalisiyasının” iclasının videokonfrans vasitəsilə keçiriləcəyini açıqlayıb.