Fransa Prezidenti Emmanuel Makron Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ-nin keçirdiyi əməliyyata bəraət qazandırmır.
Medialive xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözçüsü Maud Brejon Yelisey Sarayında keçirilən brifinqdə bildirib.
O bildirib ki, istifadə olunan metodlar nə dəstəklənir, nə də təsdiqlənir. Bunlar prezidentin sözləridir.
Onun sözlərinə görə, Makron Fransanın beynəlxalq hüququ və xalqların azadlığını müdafiə etdiyini vurğulayıb.
Brejon əlavə edib ki, Makron Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını müsbət qarşılayıb.
Qeyd edək ki, yanvarın 3-də Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-nin Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqlayıb.
O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. ABŞ Prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələri təsdiqləyib. Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb.
