CANLI
Sosial

MN polkovniki bu xəstəxananın sahibi imiş - FOTO

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda “Uzmanlar” Tibb Mərkəzinin faktiki sahibinin Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov olduğu barədə iddialar yayılıb.

Medialive.az bakivaxti.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı apardığımız ilkin araşdırma zamanı Anar İsmayılovun uzun illər uroloq-androloq kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Hazırda da o, “Uzmanlar” Tibb Mərkəzinin həkimlərindən biri kimi təqdim olunur. Klinikanın rəsmi internet səhifəsində və müxtəlif tibbi platformalarda onun adı tibb mərkəzinin mütəxəssisləri sırasında yer alır.

Eyni zamanda, Anar İsmayılov Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsində çalışır. Bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatlarında da qeyd olunur.