İran İsrail ərazisinə silahlı hücumlar təşkil etməyi planlaşdırır.
Medialive.az xəbər verir ki, bu barədə Ynet nəşri məlumat yayıb.
Qeyd olunub ki, Tehran birbaşa İsrail daxilində silahlı hücumlar həyata keçirməyə çalışır.
Mossad ilk dəfə olaraq genişmiqyaslı, çoxqatlı əks-kəşfiyyat əməliyyatının təfərrüatlarını açıqlayıb.
Təhlükəsizlik qüvvələri İsrail rəsmilərini öldürmək üçün yəhudi dövlətinə sızmaq istəyən İran agentini yaxalayıblar.
İsrail kəşfiyyat orqanlarının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi SEPAH ilə birlikdə illərdir dünyanın hər yerində İsrail və yəhudi hədəflərinə hücum etmək üçün geniş qlobal şəbəkə qurub.
