Moskvanın Budapeştlə münasibətləri bütün çətinliklərə baxmayaraq inkişaf etməkdə davam edir.
Medialive RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşündə deyib.
O vurğulayıb ki, Rusiya Macarıstanın Ukrayna məsələsində balanslı mövqeyini bilir.
Orban da öz növbəsində Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.




















