CANLI
Dünya

“Moskvanın Budapeştlə münasibətləri inkişaf edir” – Putin

Moskvanın Budapeştlə münasibətləri bütün çətinliklərə baxmayaraq inkişaf etməkdə davam edir.

Medialive RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşündə deyib.

O vurğulayıb ki, Rusiya Macarıstanın Ukrayna məsələsində balanslı mövqeyini bilir.

Orban da öz növbəsində Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.