CANLI
İqtisadiyyat

Neftin qiyməti ilə bağlı YENİ XƏBƏR

Treyderlər ABŞ-nin rəsmi inventar məlumatlarını və geosiyasi vəziyyəti qiymətləndirdiyi üçün neft qiymətləri yenidən artıb.

Medialive Londonun ICE Futures birjasına istinadən xəbər verir ki, Brent markalı neftin yanvar fyuçersləri 0,25 dollar (0,39%) artaraq 63,76 dollar barelə bərabər olub.

İki gün öncə isə bu rəqəm 1,38 dollar (2,13%) ucuzlaşaraq 63,51 dollar barel olub.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin dekabr fyuçersləri 0,22 dollar (0,37%) artaraq bir barelə görə 59,66 dollar təşkil edib.

Əvvəlki sessiyada müqavilə 1,30 dollar (2,14%) ucuzlaşaraq 59,44 dollar/barel olub.

Qeyd edək ki, daha aktiv şəkildə satılan yanvar fyuçersləri səhər saat 8:15-ə qədər 0,24 dollar (0,41%) artaraq bir barel üçün 59,49 dollar olub.