“Fransız münəccim Nostradamusun əsrlik kəhanətləri yenidən tədqiqatçıların diqqətini cəlb edib”.
Medialive.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elçin Alıoğlu yazıb.
Jurnalistin fikirlərinə görə, bu dəfə Nostradamusun sirli proqnozları 2027-ci illə əlaqələndirilir:
“Mümkün kəhanətlər arasında dağıdıcı təbii yanğınlar, artan borclar, qızıl və gümüşün dəyərsizləşməsi fonunda iqtisadi böhran, həmçinin İran və Türkiyənin iştirakı ilə hadisələr var”.
Media nümayəndəsinin fikrincə, ən vacib kəhanətlərdən biri məhz Fransadakı siyasi sarsıntılarla bağlıdır:
“Daha bir sirli kəhanət gizlədilmiş xəzinəyə aiddir: guya onun tapılması tapanın ölümü ilə nəticələnə bilər. Bəzi tədqiqatçılar bunu Kanadanın Ouk-Aylend adasında uzun illərdir davam edən xəzinə axtarışları ilə müqayisə edirlər. Bununla belə, Nostradamusun özü heç bir yerdə 2027-ci ili birbaşa xatırlatmayıb. Onun mətnlərinin konkret hadisələr və tarixlərlə əlaqəsi müasir şərhlərə əsaslanır.
Hətta yanğınlar, maliyyə böhranı və beynəlxalq münaqişələrlə bağlı ehtimal edilən proqnozlar da təsdiqlənmiş proqnozlar deyil, dumanlı şeirlərin mübahisəli yozumları olaraq qalır”.
