Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçoa 2026-cı il Dünya Çempionatından sonra karyerasını başa vuracaq.
Medialive.az xəbər verir ki, bunu 40 yaşlı futbolçu özü açıqlayıb.
“Meksikasız karyeramı təsəvvür edə bilmirəm. Milli komanda olmasaydı, karyeramın necə olacağı məlum deyildi. İndi isə milli komanda səyahətim başa çatdığı üçün futbol artıq mənim üçün heç bir məna kəsb etmir. Oynamağa davam etməyin mənası yoxdur. Hər şeyimi verdim, bütün varlığımı meydanda qoydum. Rahatam, başımı dik tutaraq ayrılıram və bütün bunları yaşadığım üçün qürur duyuram”.
Qeyd edək ki, Oçoa Meksika millisində 153 oyun keçirib. Təcrübəli qapıçı 2006-cı ildən Dünya Çempionatında çıxış edir.




















