ABŞ və İran arasındakı danışıqlarla bağlı diqqətəlayiq məqam ortaya çıxıb.
Medialive.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İddia olunur ki, İsrail müqavilənin mətnini görmək istəyib, lakin Tramp buna icazə verməyib.
Trampın qərarına yekun danışıqların vaxtından əvvəl yayılması ilə bağlı narahatlıqlar təsir edib.
Yayılan məlumatlar göstərir ki, 14 maddəlik sənəddə İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, Hörmüz boğazının açılması, İrana qarşı sanksiyaların ləğvi və İranın dondurulmuş aktivlərinin fəaliyyətə başlaması kimi tələblər yer alır.
Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İranın razılığa gəldiyini açıqlayıb. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi də ABŞ ilə razılaşmanın əldə edildiyini təsdiqləyərək, anlaşma memorandumunun iyunun 19-da İsveçrədə imzalanacağını bildirib.
Tramp İranla sülh müqaviləsinin tamamlandığını, Hörmüz boğazının açılacağını, eləcə də ABŞ-nin dəniz blokadasının dərhal qaldırılacağına söz verib.
ABŞ-İran razılaşmasına xüsusilə Livanı da daxil edəcəyinin elan edilməsi İsraildə birmənalı qarşılanmayıb.
Netanyahu və müdafiə naziri İsrael Katz Livanın cənubundakı işğal olunmuş ərazilərdən çəkilməyəcəklərini açıqlayıblar.




















