CANLI
Gündəm

Onlar getdi: Növbə kimindir?

Xəbər verdiyimiz kimi, ölkədə fəaliyyət göstərən özəl telekanallar özlərinin kadr və proqram dəyişiklikləri ilə bağlı müvafiq qərarlar qəbul ediblər.

Medialive.az Metbuat.az-a istinadən xəbər verir ki, bu gündən etibarən ATV-də Əməkdar jurnalist Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən”, ARB-də isə tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılacaq. Bundan əvvəl isə sosial verilişlərin aparıcıları Elgiz Əkbər və Tolik efir məkanından uzaqlaşdırılmışdı.

Əldə etdiyimiz məlumatlara görə, telekanallarda islahatlar bununla məhdudlaşmayacaq. Bütün telekanal rəhbərlərindən özlərinin yayım siyasətinə yenidən baxmaq tələb olunub. Əsas tövsiyələrdən biri xəbər bülletenlərinin və ictimai-siyasi proqramların efir saatını artırmaq olub. Bundan sonra telekanalların yayım siyasətində ictimai-siyasi yükü olan verilişlər, analitik və müəllif proqramları üstünlük təşkil edəcək. Ucuz şoular tədricən efirdən yığışdırılacaq. Cəmiyyətdə ictimai reputasiyası ləkəli olan müğənnilərin efirə çıxışı dayandırılacaq.

Məlumatlara görə, seriallarla bağlı da ciddi dəyişikliklər gözlənilir. Telekanal rəhbərlərinə milli-mənəvi dəyərlərə zidd olan, ailə institutunu zədələyən serialların yayımının dayandırılması məsləhət görülüb. Bu yenilikləri etmək üçün televiziya rəhbərlərinə aprel ayının sonuna kimi vaxt verilib.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle