CANLI
Dünya

Peskov: Kalininqrad vilayəti ilə əlaqə həmişə təmin olunacaq

“Litva prezidenti Gitanas Nausedanın Vilnüsün Kalininqrad vilayəti ilə Rusiya arasında əlaqəni dayandırmaq istəyindən Kreml xəbərdardır”.

Medialive TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, biz Litva tərəfinin bütün bu bəyanatlarını gördük”, – Kremlin sözçüsü bildirib.

“Biz Rusiya Federasiyasının ayrılmaz hissəsi olan Kalininqradla problemsiz əlaqəni mütləq təmin edəcəyik”, – Peskov qeyd edib.

Qeyd edək ki, oktyabrın 26-da Litva prezidenti Kalininqrada tranzitin məhdudlaşdırılmasını təklif edərək, onun təşəbbüsünü qaçaqmalçılıqla bağlı problemlərlə əlaqələndirib.