CANLI
Sosial

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verilib

TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tibbi müəssisələrində yeni şöbələrin yaradılması, maddi-texniki bazanın təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.

Medialive.az xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verilib.

Yeni yaradılan Travmatologiya şöbəsi müasir tibbi avadanlıqlarla tam təchiz olunub və pasiyentlərin müayinə, müalicə prosesinə cəlb olunması istiqamətində bütün zəruri tibbi şərait yaradılıb.

Şöbə travmatoloji xəstəliklərin müalicəsi üzrə geniş əməliyyat imkanlarına malikdir. Burada açıq və qapalı osteosintez, vətərlərin plastikası, oynaq ortroplastikası və digər əməliyyatların icrası mümkündür.

Travmatologiya şöbəsində pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün ehtiyac olan kadr heyəti də tam formalaşdırılıb.

15 ədəd çarpayı fondundan ibarət olan şöbədə 3 həkim-travmatoloq, 9 tibb bacısı, 2 kiçik tibb bacısı və 2 sanitar qadın fəaliyyət göstərir.

Tibb müəssisəsində Travmatologiya şöbəsinin istifadəyə verilməsi region əhalisinin travmatoloji xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, təcili vəziyyətlərdə zamanında müdaxilə imkanlarını artıracaq və pasiyent məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24