CANLI
Sosial

Səhiyyə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin əziz xatirəsini yad edib

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü qeyd olunur.

Medialive.az xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq həyata keçirilir.

a group of people standing around a statue in a park
A ceremony at a memorial site with a statue, where a person lays a wreath among attendees and guards in uniform.
Two men lay red roses at a memorial, while a group of people observes in the background. The setting is serene and respectful.
A group of people laying red roses at a memorial site, with others observing in the background. Greenery surrounds the area.
A solemn gathering at a memorial site, featuring a statue and floral tributes, with individuals paying their respects.
A man lays red roses at a memorial site surrounded by tall trees and onlookers, with a statue in the foreground.