CANLI
Sosial

Şahin Bağırov polkovnik-leytenantı Aparat rəhbəri təyin etdi

Dövlət Gömrük Komitəsinə Aparat rəhbəri təyin olunub.

Medialive.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Əsədov Kənan Elmar oğlu DGK-nin Aparat rəhbəri təyin edilib.

30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdu.