“İranla danışıqlarda razılığa gəlinməzsə, yanvarın 1-dən sonra yenidən hərbi hücumlara başlana bilər”.
Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Fox News”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp İran tərəfini danışıqları dayandırmaqda günahlandırıb və ABŞ-nin dəniz blokadasına məhəl qoyulmazsa, sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Tramp açıqlamasının sonunda İran rəsmilərinin daim danışdıqlarını, lakin heç bir konkret addım atmadıqlarını bildirərək davam edən danışıqları mənasız hesab edib.
