CANLI
Dünya

“SEPAH-ın hava-kosmik bölməsində inkişaf prosesi davam edir” – İranlı general

“Bütün sahələrdə olduğu kimi, SEPAH-ın hava-kosmik bölməsində də inkişaf prosesi davam edir və bu prosesin sonu yoxdur”.

Medialive IRNA-ya istinadən xəbər verir ki, bu fikirləri SEPAH-ın baş komandanının müavini, general Əli Fədəvi jurnalistlərə açıqlamasında deyib.

O, İranın ballistik raketlərinin uçuş məsafəsinin məhdudlaşdırılması ilə bağlı düşmənlərin iddialarına münasibət bildirərək vurğulayıb:

“Bəziləri elə fikirlər səsləndirirlər ki, ümumiyyətlə elmi baxımdan əsaslı deyil və bu mövzu ilə bağlı bilgiləri yoxdur”.

General bildirib ki, onlar yalnız rəhbərlərinin verdiyi tapşırıqlara əməl edirlər:

“Biz İmamımız və rəhbərimizin verdiyi göstərişlərə tam şəkildə əməl edirik. Bu məsələ bizim elmi və sənaye imkanlarımızla bağlı deyil”.