CANLI
Sosial

Stomatoloqların kütləvi ixtisarı… – Etirazlara TƏBİB rəhbərindən cavab

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraz aksiyasına münasibət bildirib.

Medialive.az xəbər verir ki, o bu barədə Yeni Klinikada jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Belə bir məsələ 8 ay əvvəl olmuşdu və stomatoloqlarımıza ciddi xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, onlar keyfiyyətin artırılması ilə bağlı ciddi işlər həyata keçirsinlər. Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil”.

V.Qurbanov əlavə edib ki, vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır: “Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib”.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle