CANLI
Manşet

“Sülhü gətirəcək format bu deyil…” – Deputat mümkün olan Tramp-Putin görüşündən DANIŞDI

“Tramp və Putin arasında olan danışıqlar sülhün əldə olunmasında həlledici rol oynaya bilməz. Nəticə etibarilə, müharibə Ukrayna ərazisində gedir, Ukrayna əraziləri işğala məruz qalıb və Ukrayna ilə həmsərhəd olan Avropa İttifaqı müharibədə özünü tərəf kimi görür və aparır. Öz təhlükəsizliyini birbaşa Ukraynanın təhlükəsizliyi ilə əlaqələndirir”.

Bunu Medialive.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, sülhü gətirəcək format Tramp-Putin deyil, dörttərəfli format olmalıdır:

“Belə olan halda, sülhü gətirəcək format Tramp-Putin formatı deyil, ən azı dörttərəfli format olmalıdır: Avropa Birliyi, Ukrayna, Rusiya və ABŞ. Nə qədər ki, məsələlər bu formatda müzakirə olunub, heç ümumiyyətlə qərara gəlinməyəcək, bir o qədər də ikitərəfli görüşləri sadəcə dört tərəf görüşə gedən yolda atılan ilkin addım kimi qiymətləndirmək olar. Ona görə də mən düşünürəm ki, hələlik indiki mərhələdə tərəflərdən heç biri buna tam hazır deyil. Nə Rusiya indiki şərtlərdə Ukraynanın irəli sürdüyü sülh gündəmini qəbul etmir, nə Ukrayna-Rusiyanın irəli sürdüyü gündəmi qəbul edir, nə də Avropa Birliyi Tramp və Putinin irəli sürdüyü və yaxud ehtimal edilən mümkün gündəmi qəbul edir. Ona görə də görünür, sülh ətrafında ciddi platformanın yaranmasını və sülhün bərpa olunmasını bir qədər də gözləməli olacağıq”.

Mikayıl Mirzəzadə 

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24