CANLI
Sosial

Tanınmış professor vəfat etdi

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib.

Medialive.az xəbər verir ki, Kamil Mənsimov 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1973-cü ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. 1979-cu ildə “Sonradan təsirə malik sistemlərdə zəruri şərtlər nəzəriyyəsinə dair” adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.

1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ona “Riyazi kibernetika” ixtisası üzrə baş elmi işçi adı verilib. 1994-cü ildə dosent elmi adını alıb. 1994-cü ildə “Optimal idarəetmə məsələlərində məxsusi proseslərin tədqiqi” adlı doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Allah rəhmət eləsin!

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maç